Elan

“Karabakh is Azerbaijan” — Azərbaycan & Moldova Gənclər Forumu baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ölkəmizin Moldova Respublikasındakı səfirliyinin tərəfdaşlığı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə paytaxt Kişineudakı Milli Tarix Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Karabakh is Azerbaijan” — Azərbaycan & Moldova Gənclər Forumu baş tutub.

Yüksək səviyyədə təşkil olunan Forumun əsas iştirakçıları hökumət, parlament və ictimaiyyət nümayəndələri, universitetdaxili tələbə təşkilatları, ölkənin böyük gənclər platformalarının rəhbərləri və fəal gənclər olub. Forumda “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı da iştirak edib.

22.01.2023 02:56

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR