“Gənc TV” rəsmi “YouTube” kanalı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfəri təbliğ etmək və qəhrəmanlarımızı
tanıtmaq, gənclər arasında vətənpərvərlik istiqamətində ideoloji işin
konturlarını dərinləşdirmək, gənclər sektorunda olan fəal gənc liderləri üzə
çıxarmaq məqsədi ilə fəaliyyətə başlayıb. Qısa
müddət ərzində artıq 11295 daimi izləyicisi olan kanalda 44 günlük Vətən
müharibəsi iştirakçıları, müxtəlif sahələrdə gənclər siyasətinə töhfə verən
uğurlu, lakin tanınmayan gənclərlə, eləcə də qeyri-rəsmi formatda millət vəkilləri
ilə videomüsahibələr yer alır, müxtəlif reportajlar yayımlanır. Kanalda uğurlu gənclərin tanıdılması, onların
keçdiyi həyat yolunun gənclər arasında təbliği və nəticə etibarilə ölkə gəncliyinin
motivasiya edilməsi baxımından müxtəlif layihələr icra edilir.