Gənc Tv

“Gənc TV” rəsmi “YouTube” kanalı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfəri təbliğ etmək və qəhrəmanlarımızı tanıtmaq, gənclər arasında vətənpərvərlik istiqamətində ideoloji işin konturlarını dərinləşdirmək, gənclər sektorunda olan fəal gənc liderləri üzə çıxarmaq məqsədi ilə fəaliyyətə başlayıb. Qısa müddət ərzində artıq 11295 daimi izləyicisi olan kanalda 44 günlük Vətən müharibəsi iştirakçıları, müxtəlif sahələrdə gənclər siyasətinə töhfə verən uğurlu, lakin tanınmayan gənclərlə, eləcə də qeyri-rəsmi formatda millət vəkilləri ilə videomüsahibələr yer alır, müxtəlif reportajlar yayımlanır.  Kanalda uğurlu gənclərin tanıdılması, onların keçdiyi həyat yolunun gənclər arasında təbliği və nəticə etibarilə ölkə gəncliyinin motivasiya edilməsi baxımından müxtəlif layihələr icra edilir.

youtube-logo
genc-tv