Haqqımızda

Cənab Prezidenti dəstəkləyən, Azərbaycan gəncliyinin siması olan 8 təşəbbüskar gənc 44 günlük Vətən müharibəsi günlərində bir araya gələrək “Davam” Ümumrespublika Gənclər Hərəkatı adlı qurumun təməlini qoydular və 2 noyabr 2020-ci il tarixində bu qurum ictimaiyyətə təqdim edildi. Çox keçmədən 21 noyabr tarixində “Davam” dövlət qeydiyyatına alındı. 19 fevral tarixindən etibarən isə hərəkatın mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı.

Hal-hazırda 10000-dən çox gənci öz ətrafında birləşdirən "Davam"ın yaradılmasında əsas məqsəd gənclər arasında həmrəyliyə nail olmaq, onları suveren Azərbaycanın dövlətçilik maraqları ətrafında səfərbər etmək, ölkə gəncliyini islahatlar prosesi ətrafında birləşdirmək, kadr bankı olaraq onların peşəkar vərdişlərinin artırılmasına nail olmaq, Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğində aktiv iştirak etmək, müasir trendlərin və psixoloji elementlərin sürətlə dəyişdiyi hazırkı şəraitdə ölkə gəncliyinin dövlətçilik maraqlarından çıxış edərək sosial mediada aktiv rol almasını təmin etməkdir.

Davamlı İnkişaf Xidmətinin və hərəkatın katibliyinin heyəti gənclər sektorunda müəyyən təcrübəyə malik və perspektivli gənclərdən ibarət tərkibdə təşkil olunub. 


 

"Davam" Təşəbbüs qrupu