Xəbərlər

"ZəfərimİZ" kampaniyası Şəmkir Gənclər Evində!

“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən “ZəfərimİZ” kampaniyası davam edir.

Kampaniya çərçivəsində Şəmkir Gənclər Evində gənclərlə görüş baş tutub.

Görüş zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.

20.10.2022

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR