Xəbərlər

Gənc media nümayəndələrinin iştirakı ilə AZƏRTAC-a infotur təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Davam" Gənclər Hərəkatının tərəfdaşlığı ilə "Gənc media nümayəndələrinin peşə təcrübə proqramı" adlı layihə davam edir.

Layihə çərçivəsində AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyinə infotur təşkil olunub. Tur zamanı gənclər Agentliyin fəaliyyəti ilə tanış olub, iş prosesini yaxından izləyiblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində qalib olub.

13.04.2023

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR