Xəbərlər

Aygün Əliyeva "Gənc Liderlər üçün Yay Universiteti"nin qonağı olub

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə "Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günündə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın təqdimatında "Azərbaycanda vətəndaş cəmiyyəti: reallıqlar, perspektivlər” mövzusunda görüş baş tutub.

Görüş zamanı layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular” MMC, "Az-Granata" kimi biznes subyektlərinə öz təşəkkürümüzü bildiririk.

20.07.2022

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR