Elan

“Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” təşkil olunub

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Türkiyə Evi və Yeniçağ.Az Media Qrupunun tərəfdaşlığı, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” keçirilib.

Forumun gənclik panelində "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı da çıxışçı qismində iştirak edib.

28.02.2023 02:22

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR