Xəbərlər

RHİM İB sədri Arzu Bağırova "Gənc Liderlər üçün Qış Universiteti"nin qonağı olub

"Gənc Liderlər üçün Qış Universiteti"nin dördüncü günündə “Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın təqdimatında “Zərərli vərdişlərə qarşı mübarizədə gənclərin sosial fəallığının artırılması” mövzusunda görüş baş tutub.

Görüş zamanı layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Sonda xatirə fotosu çəkilib.

"Gənc Liderlər üçün Qış Universiteti" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd: Layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk.

12.02.2022

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR