Elan

Fransanın Strasburq şəhərində 5 günlük 50/50 təlim-seminarı baş tutub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamenti arasında xüsusi ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində Azərbaycandan olan milli və yerli səviyyədə gənclərlə işləyən dövlət qurumlarının mütəxəssisləri və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Fransanın Strasburq şəhərində keçirilən “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində 5 günlük 50/50 adlı təlim-seminar baş tutub.

Təlimin əsas məqsədi gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək, Azərbaycanda gənclər siyasətinin və gənclərlə işin gələcək inkişafı üçün milli və yerli səviyyədə müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsidir.


Səfərdə "Davam" Gənclər Hərəkatını təşkilatın İdarə Heyətinin sədri Nihad Allahyarlı təmsil edib.

Qeyd edək ki, seminar Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.

30.05.2022 02:32

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR