Xəbərlər

"Dizaynın sirləri" adlı layihəyə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Davam" Gənclər Hərəkatının tərəfdaşlığı ilə "Dizaynın sirləri" adlı layihəyə start verilib.

Layihə çərçivəsində təlimçi Cavid Vahidovun təqdimatında baş tutan ilk təlim zamanı qrafik dizaynın əsasları barədə gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində qalib olub.

15.03.2023

Sosial şəbəkələrdə paylaş

ƏLAQƏLİ XƏBƏRLƏR